Rәcәb Tayyib Әrdoğan:‘‘Qadınlar bәşәriyyәtin müәllimidir’’

Dövlәt başçısı 8 Mart Beynәlxalq Qadınlar Günü münasibәtilә bütün qadınları tәbrik edib.

925776
Rәcәb Tayyib Әrdoğan:‘‘Qadınlar bәşәriyyәtin müәllimidir’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Ailә vә Sosial Siyasәtlәr  Nәzirliyinin  8 mart Beynәlxalq Qadınlar Qünü münasibәtilә Beştәpә Millәt, Mәdәniyyәt vә Konqres mәrkәzindә tәşkil etdiyi  tәdbirdә iştirak edib.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn dövlәt başçısı 8 Mart Beynәlxalq Qadınlar Günü münasibәtilә bütün qadınları tәbrik edib.

‘‘Suriyada, İraqda, Liviyada, Myanmada, Türküstanda, Fәlәstindә vә dünyanın dörd bir yanında әziyyәt vә hücumlara mәruz qalan  bütün qadınlara sәbr dilәyirәm. Anaları, ataları, övladları vә yaxınları gözlәri qarşısında qәtlә yetirilәn, ölümdәn dә pis rәftarlara mәruz qalan  bütün qadınların acılarını bölüşürük. Bu cür hadisәlәr qarşısında sәssiz qala bilmәrik. Ölkәmizә sığınan vә әksәriyyәti qadın, uşaq vә yaşlılardan ibarәt olan 4 milyon mәzluma  7 ildir sahib çıxırıq. Qadınlar bәşәriyyәtin müәllimidir’’,-deyә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr