Rәcәb Tayyib Әrdoğan vә Hәsәn Ruhani Şәrqi Qutadakı vәziyyәti müzakirә ediblәr

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

924990
Rәcәb Tayyib Әrdoğan vә Hәsәn Ruhani Şәrqi Qutadakı vәziyyәti  müzakirә ediblәr

Türkiyənin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә,  tərəflər Suriyadakı son  vəziyyəti, o cümlədən Şərqi Qutada baş verənləri müzakirə ediblər.

Rәcәb Tayyib Әrdoğan danışıq zamanı Şәrqi Qutada atәşkәsin tezliklә tәmin edilmәsi üçün Türkiyә, Rusiya vә İranın birgә sәy göstәrmәsinin vacibliyini vurğulayıb.

Danışıq zamanı hәmçinin Şәrqi Qutaya  humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd olunub.

Tәrәflәr hәmçinin aprel ayında İstanbulda keçirilәcәk Türkiyə- Rusiya-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr