"Biz bunları Türkiyə ilə ünsiyyət və dostluq körpüsü olaraq görürük", M.Çavuşoğlu

Almaniyadan sonra Avstriyanın paytaxtı Vyanaya keçən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu burada Vyana Yunus Əmrə İnstitutunda Türk Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib.

925214
"Biz bunları Türkiyə ilə ünsiyyət və dostluq körpüsü olaraq görürük", M.Çavuşoğlu

   Nazir çıxışı zamanı söyləyib: “Bu gün dünyanın hər yerində Yunus Əmrə İnstitutu və ya Türk Mədəniyyət Mərkəzlərinin sayını artırmaq üçün səylərimiz davam edir. Çünki biz bunları fəaliyyət göstərdikləri ölkələrlə Türkiyə arasında ünsiyyət və dostluq körpüsü olaraq görürük… 2015-ci ildən fəaliyyət göstərən Vyana Yunus Əmrə İnstitutunu təqdirlə təqib edirik. Bu gün burada Türk Mədəniyyət Mərkəzinin rəsmi açılışını sizinlə birlikdə etdiyim üçün çox məmnunam… Vyana Yunus Əmrə İnstitutu tərəfindən Avstriyada bu günə qədər 248 tələbənin türkcə təhsil alması gözəl işdir… Vyana kimi sənət və mədəniyyət dolu bir şəhərdə təşkil edilən tədbirlər də kəmiyyət və keyfiyyətcə yüksək səviyyədə olmalıdır, Vyana Yunus Əmrə İnstitutunun bu işlərin də öhdəsindən uğurla gələcəyinə inanırıq”.



Әlaqәli Xәbәrlәr