Rəcəb Tayyib Ərdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

924154
Rəcəb Tayyib Ərdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan vә  Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, tәrәflәr Şәrqi Qutada yaşanan humanitar faciәni müzakirә ediblәr.

Görüşdә  BMT Tәhlükәsizlik Şurasının qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi üçün Türkiyә, Rusiya vә İranın birgә sәy göstәrmәsinin әhәmiyyәti vurğulanıb.

Danışıq zamanı hәmçinin Şәrqi Qutaya  humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd olunub.

İki lider hәmçinin Türkiyәnin Suriyanın Afrin bölgәsindә apardığı әmәliyyatı, ikitәrәfli münasibәtlәri vә aprel ayında İstanbulda keçirilәcәk Türkiyə- Rusiya-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr