Zərərsizləşdirilən terrorçu sayı 2777-ə yüksəldi

Bu gün (02.III.2018) quru və hava əməliyyatları nəticəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DEAŞ mənsubu 109 terrorçu zərərsizləşdirilib.

922834
Zərərsizləşdirilən terrorçu sayı 2777-ə yüksəldi

  Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində davam etdirilən Zeytun Budağı Hərəkatı nəticəsində zərərsizləşdirilən terrorçu sayı 2777 oldu.

  Baş Qərargahdan verilən məlumata görə, Zeytun Budağı Hərəkatı çərçivəsində bu gün (02.III.2018) quru və hava əməliyyatları nəticəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DEAŞ mənsubu 109 terrorçu zərərsizləşdirilib. Bununla da 20 yanvarda başlanan hərəkatda bu günə qədər zərərsizləşdirilən terrorçu sayı 2777-ə yüksəlib.

  Hərəkatda quru və hava qüvvələri birlikdə iştirak edir.

  Bu arada, TSQ və Azad Suriya Ordusu Zeytun Budağı Hərəkatı çərçivəsində Afrinin şimal-qərbindəki Şeran qəsəbəsinin Beluşank, Alıcı və Əli Bezanlı kəndlərini terrorçulardan təmizləyib.

  Qeyd edək ki, TSQ və əməliyyatlara dəstək verən Azad Suriya Ordusu hərəkat başlananadan bu yana YPG/PKK-DEAŞ-ın işğalındakı Afrində 3-ü beldə mərkəzi, 104 kənd, 6 kəndaltı yaşayış, 22-i strateji dağ-təpə, biri YPG/PKK-ya aid baza olmaqla 136 məntəqəni ələ keçirib.



Әlaqәli Xәbәrlәr