B.Bozdağ Zeytun Budağı Hərəkatıyla bağlı dedi...

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatında bu ana qədər 2795 terrorçu məhv edilib.

923260
B.Bozdağ Zeytun Budağı Hərəkatıyla bağlı dedi...

  Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini  zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatında bu ana qədər 2795 terrorçunun məhv edildiyini bildirib.

  Nazirlər Kabineti toplantısından sonra Zeytun Budağı Hərəkatıyla bağlı deyib: “Hərəkat bölgəsinin yarıya yaxını TSQ-nın nəzarəti altına keçib… Bu günə qədər 112 kənd, 30 strateji nöqtə olmaqla 142 bölgə nəzarətə alınıb… Onu da qeyd edim ki, bu günə qədər terror təşkilatı DEAŞ-ın Türkiyədə 20 terror aktı həyata keçirib, bu hücumlarda 310 adam həyatını itirib, 967 nəfər yaralanıb… 2011-2018-ci illər arasında Türkiyədə 4043 DEAŞ terrorçusu həbs olunub. Bunun 1858-i xarici vətəndaşlardır."



Әlaqәli Xәbәrlәr