Türkiyə, Rusiya və İranın Xarici İşlər nazirləri görüşəcəklər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif martın 16-də Qazaxıstanın paytaxtı Astanada görüşəcəklər.

921581

 Rusiyanın Astanadakı Səfirliyinin müşaviri Aleksandr Musiyenko mətbuat nümayəndələrinə verdiyi açıqlamada Çavuşoğlu, Lavrov və Zərifin Suriya gündəmi ilə bağlı görüşəcəklərini bildirdi.
 
 Musiyenko bu məlumatı Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdrahmanovdan aldığını qeyd etdi.
 
 Musiyenko: " Abdrahmanov Suriyanın üzləşdiyi humanitar problemlərin həlli məsələsinə böyük ümid bəsləyir. Əsas problemlər əsirlərin mübadiləsi, girovların buraxılması, qida  və mövcud şəraitdə yaşayan uşaqların reabilitasiyası məsələləridir. Rusiya bunun üçün əlindən gələni edir və bildiyiniz kimi, bu istiqamətdəki fəaliyyətləri Türkiyə və İranla birlikdə həyata keçirir" dedi.

Әlaqәli Xәbәrlәr