Türkiyəyə keşməyə çalışan terrorçu zərərsizləşdirildi
Türkiyənin Hatay bölgəsinin Amanos kəndində təşkil olunan əməliyyatda bir PKK terrorçusu zərərsizləşdirildi.
919575
Türkiyə Silahlı Qüvvələri Afrindəki terror hədəflərinə qarşı "Zeytun Budağı" əməliyyatını davam etdirir.
Hücuma cəhd göstərmək üçün Amanos dağlarının ətəklərinə gələn terrorçular xüsusi təyinatlı jandarm dəstələrinin hədəfində idilər.
Əməliyyatda bir terrorçu ölü olaraq ələ keçirildi. Terrorçular Afrin əməliyyatına qoşulmaq üçün bölgədə olan əsgərlərə hücum etməyə cəhd göstərdilər, lakin uğursuzluğa düçar oldular.
Terrorçunun ələ keçirildiyi ərazidə toplaşan izdiham əsgərlərə dəstək verdi.