Ərdoğan: "Əlcəzairi regionunda siyasi və iqtisadi sabitlik adası olaraq görürük"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan:" Əlcəzairi regionunda siyasi və iqtisadi  sabitlik adası olaraq görürük. Bizim Afrikadakı ən böyük ticarət tərəfdaşımız Əlcəzairdir" dedi.

919607
Ərdoğan: "Əlcəzairi regionunda siyasi və iqtisadi sabitlik adası olaraq görürük"

 Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə  rəsmi səfərdədir.

 Ərdoğan Əlcəzair Baş naziri Əhməd Ouyahia ilə qatıldığı  "İş Forumu"nda çıxış etdi.
 
Ərdoğan çıxışında Türkiyənin keçmişdə olduğu kimi günümüzdə də əlində olan imkanlarını, təcrübəsini  dostları ilə bölüşməyə əsla çəkinmədiyini və çəkinməyəcəyini bildirdi.

Dövlət başçısı sözünə belə davam etdi: "200-ə yaxın iş adamımız ilə bu toplantıya qatılmışıq. Bu bərabərliyi Türkiyə və Əlcəzairin həmrəyliyi kimi tarixə qeyd etməliyik. Biz Əlcəzairi regionunda siyasi və iqtisadi sabitlik adası kimi görürük. Bizim Afrikadakı ən böyük ticarət tərəfdaşımız Əlcəzairdir. Əlbəttə, hazırda 3,5 milyard dollar olan ticarət həcmini,doğrusu, yetərli saymıram. Ən qısa zamanda bu rəqəmi heç olmasa, 5 milyard dollara  çıxarmağımız daha böyük fayda verər. Sonra daha yüksək ticarət həcmini əldə edəcəyimizə inanıram"



Әlaqәli Xәbәrlәr