İstanbulda DEAŞ-a qarşı əməliyyat keçirildi

İstanbulda terror təşkilatı DEAŞ-a qarşı aparılan, xüsusi təyinatlı polisin də dəstək verdiyi əməliyyatda bəzi şübhəlilər saxlanıldı.

919568
İstanbulda DEAŞ-a qarşı əməliyyat keçirildi

İstanbulda terror təşkilatı DEAŞ-a qarşı əməliyyat keçirildi.
 
Alınan məlumata görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin  dəstələri şəhərin bir sıra rayonunda əvvəlcədən müəyyən edilən ünvanlarda əməliyyat keçirib. Xüsusi təyinatlı polisin də dəstək verdiyi əməliyyatda bəzi şübhəlilər saxlanılıb.
 
Nəzarətə götürülən şübhəlilərin sağlamlıq vəziyyətləri Haseki Təhsil və Araşdırma Xəstəxanasında yoxlanılıb.

Şübhəlilər Vətən prospektindəki  İstanbul Polis İdarəsinə aparılıblar.



Әlaqәli Xәbәrlәr