Türkiyə ilə ABŞ arasında Afrinlə bağlı müzakirə yoxdur

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Gallovey və polkovnik  Robert Manning Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını bəyan etmişdi.

919210
Türkiyə ilə ABŞ arasında Afrinlə bağlı müzakirə yoxdur

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ ilə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terror təşkilatı  PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək üçün əməliyyat keçirdiyi Suriyanın Afrin məsələsilə bağlı hər hansı diplomatik müzakirənin aparılmadığını söylədi.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Gallovey və polkovnik  Robert Manning Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını bəyan etmişdilər.

Gündəlik mətbuat konfransında çıxış edən Manning Afrində şiddətin artmaması üçün Türkiyə ilə görüşlərin davam etdiyini söyləmişdi. Manning PYD/YPG-nin Bəşər Əsəd rejimi arasındakı müzakirələr barədə isə məlumatları olmadığını ifadə etmişdi.



Әlaqәli Xәbәrlәr