Türkiyə XİN Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanat yaydı

Türkiyə Xocalı qətliamını və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını sərt dillə qınadı.

918196
Türkiyə XİN Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanat yaydı

Türkiyə Xocalı qətliamını və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını sərt dillə qınadı.

Xarici İşlər Nazirliyinin “Xocalı qətliamının 26-ci ildömünü” münasibətilə yayılan bəyanatında deyilib: "Ermənistan hərbi birləşmələri tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar daxil yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirildi və yaralandı, mindən artıq insan əsir götürüldü. İtkin olanların aqibətinə dair indiyədək məlumat alına bilmədi. Sivillərə qarşı bu vəhşi qətliam bütün dünya ictimaiyyətinin yaddaşına həkk olundu və vicdanlarda dərin yaralara səbəb oldu. Hazırda hələ də Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox Azərbaycanlı öz ölkəsində qaçqındır. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycanlı qardaşlarımıza ən səmimi başsağlığı diləklərimizi bir daha çatdırırıq".



Әlaqәli Xәbәrlәr