TİKA Albaniyada xüsusi qayğıya ehtiyacı olan məktəblilərin siniflərini təmir etdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Albaniyanın paytaxtı Tiranadakı Eşitmə Qüsurlu Məktəblilər İnstitutundakı səkkiz sinfin təmirini və təchizatını başa çatdırdı.

914698

 Siniflərin açılış mərasimində Albaniya İdman və Gənclər nazirinin müavini Besa Şahini, Türkiyənin Tiranadakı səfiri Murad Əhməd Yörük, TİKA-nın Tirana koordinatoru Nəcib Özay Özütok və institutun rəhbərləri iştirak etdilər.
 
 Türkiyənin Tiranadakı səfiri Murad Əhməd Yörük çıxış edərək, eşitmə qüsurunun öyrənməyə və yaratmağa mane olmadığını ifadə etdi.
 
 Həqiqi  qüsurun zehinlərdə olduğunu vurğulayan Yörük xüsusi qayğıya ehtiyacı olan uşaqlara  təhsil imkanları yaratmanın müasir cəmiyyətlərin bir zərurəti olduğunu qeyd etdi.
 
 Yörük: "Türkiyə ilə Albaniya arasında coğrafi sərhədlər yoxdur, amma biz Albaniyadakı qardaşlarımızı ürəyimizdəki qonşular kimi görürük. Bu səbəbdən Albaniyadakı övladlar da bizim balalarımızdır, könül qonşularımızın uşaqlarıdır. Biz sizi çox sevirik. Sizinlə birlikdə oduğumuz üçün çox xoşbəxtik, uşaqlar" dedi.
 
Qeyd edək ki, Eşitmə Qüsurlu Məktəblilər İnstitutunda Albaniyanın müxtəlif yerlərindən gələn 6-18 yaşlarında  70 tələbə təhsil alır.

Әlaqәli Xәbәrlәr