“Türkiyənin olduğu heç bir yerdə zülm, təzyiq, qorxu və səfalət olmaz”: Prezident Ərdoğan

"Bizim olduğumuz yerdə zülm, təzyiq, qorxu yox, təhlükəsizlik və güvən hökm sürər. Bunu Prezident, Ədalət və İnkişaf Partiyasının lideri R.T. Ərdoğan, Türkiyə Böyük Millət Məclisində partiyasının qrup yığıncağında çıxışında deyib.

914372
“Türkiyənin olduğu heç bir yerdə zülm, təzyiq, qorxu və səfalət olmaz”: Prezident Ərdoğan

Prezident R.T.Ərdoğan partiyasının qrup yığıncağında Suriyanın Afrin bölgəsinə istiqamətli başladılan Zeytun Budağı əməliyyatı çərçivəsində 32 şəhidin olduğunu, ancaq min 715 terroristin zərərsizləşdirildiyini xatırladıb. Əməliyyatın, təhlükəsizlik qüvvələrinin həyatını riskə etməmək və dinç sakinlərə zərər verməmək üçün istənilən sürətdə icra edilmədiyini vurğulayıb.

Prezident sözlərinə belə davam edib: "Unudulmamalıdır ki, biz Afrinə qarşılaşdığımız hər şeyi dağıdıb məhv etmək üçün yox, xüsusiylə ölkəmizdə yaşayan yüz minlərlə Suriyalının evinə qayıdabilməsi üçün bölgəni terroristlərdən təmizləmək, etibarlı bölgə yaradabilmək üçün getdik. Hərbi əməliyyatlar Türkiyə üçün həmişə ən son alternativ olmuşdur. Məcbur qalmayana dək belə bir yola üz tutmaqdan həmişə imtina etmişdir. İllərdir Suriyadakı terror təşkilatlarından ölkəmizə təhdidlər yönəldilir. Bunların qarşısının alınmasını böyük mətanət və səbrlə gözlədik. Ancaq bununla bağlı heç bir addım atılmadı. Ölkəmizə istiqamətli təhdidlər azalmadı, əksinə  hər  keçən gün daha  da  artaraq  davam etdi. Türkiyənin mövqeyindən yalnız terror təşkilatları və onlara dəstək verənlərin narahat olduqları aşkardır. Ancaq bölgə xalqının Türkiyə ilə heç bir problemi yoxdur. Yeganə   məqsəd    bəzi   ölkələrin  verdikləri silahları    Türkiyə  əleyhinə   istifadə   edən quldurların  kökünü  qazmaqdır.   Daha   terroristləri  hər cür  silahla   təmin  etdiklərini  dəlillərlə  və  video  görüntüləriylə    oltaya   qoyduqlarımız   həqiqətləri   idrak  etməlidilər” deyə  prezident  vurğulayıb   



Әlaqәli Xәbәrlәr