Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

913069
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Dövləti başçısı İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı vermişdir.

Ərdoğan Türkiyənin baş verən bu faciəli qəzanın araşdırılması və axtarış-xilasetmə işlərində, ehtiyac olacağı təqdirdə yardım etməyə hazır olduğunu da bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.



Әlaqәli Xәbәrlәr