"Almaniya ilə münasibətlərə gəlincə..." M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyada 54-cü Münhen Təhlükəsizlik Konfransında çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.

913006
"Almaniya ilə münasibətlərə gəlincə..." M.Çavuşoğlu

  M.Çavuşoğlu deyib: “Türkiyəyə necə yanaşacaqlarını öyrənsələr, əlaqələrimiz yaxşı gedər. Türkiyə təhdidlərə boyun əyməz. Almaniya ilə münasibətlərə gəlincə bunlar keçici şeylərdir. Bu çətinliklər bizdən qaynaqlanmır. Almaniyada seçkilər, bizdə isə referendum əvvəli başlayan hadisələr idi. Bunun arxasında Almaniyada illərdir artan türk və İslam düşmənliyi də var idi. Son zamanlar Türkiyə-Almaniya arasında müsbət abu-hava yaranır. Türkiyə əleyhinə olmaq deyil, Türkiyəni ortaqlıqda bərabər görmək lazımdır. Bizim düşmənimiz yoxdur, sülhə vasitəçilik edən ölkəyik".



Әlaqәli Xәbәrlәr