"Zeytun Budağı" əməliyyatı Türkiyə ilə yanaşı Avropanın da təhlükəsizliyini təmin edir

Türkiyənin Avropa İttifaqı İşləri üzrə naziri Ömər Çelik Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatının Türkiyə ilə yanaşı Avropanın da təhlükəsizliyini təmin etdiyini bildirdi.

912233
"Zeytun Budağı" əməliyyatı Türkiyə ilə yanaşı Avropanın da təhlükəsizliyini təmin edir

 Türkiyənin Avropa İttifaqı İşləri üzrə naziri Ömər Çelik Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa İttifaqı Qeyri-Rəsmi Xarici İşlər Nazirləri Toplantısında iştirak etdi.

Çelik toplantıdan sonra mətbuata açıqlamalar verərək toplantıda "Zeytun Budağı" əməliyyatına dair ətraflı məlumat verdiyini bildirdi, əməliyyatın qeyd-şərtsiz beynəlxalq hüquqa uyğun olduğunu qeyd etdi.
 
 Ömər Çelik Türkiyənin ətrafında  terror dəhlizi yaradılmağa çalışıldığını və buna reaksiyanın çox təbii olduğunu ifadə etdi.
 
Türkiyə naziri  separatçı terror təşkilatı PKK-nın PYD/YPG adı altında Suriyada aktiv şəkildə fəaliyyət göstərdiyinin Qərb ölkələrinin kəşfiyyat hesabatlarında da əks olunduğunu, PKK-ya qarşı aparılan əməliyyatın kürdlərə qarşı olduğunu göstərmə cəhdlərini xatırlatdı,  Türkiyənin Suriyadakı kürdlərin də dostu olduğunu vurğuladı.
 
 Çelik əməliyyatın DEAŞ-la mübarizəni zəiflədəcəyi istiqamətindəki şərhlərlə əlaqədar bunları söylədi: "Bunun tam əksinə olduğu aydındır. Rakkada olduğu kimi, Afrində də PKK-nın PYD və YPG ilə yaxın əlaqədə olduğu dəqiqdir. Bizim o bölgənin təhlükəsizliyini təmin etməyimizlə  DEAŞ terrorçularının Türkiyə və Avropaya keçidinin qarşısı alınacaq. Beləliklə, PYD ilə aparılan mübarizə DEAŞ-la aparılan mübarizəyə də töhfə verəcək. Müttəfiqlərimizdən, Aİ ölkələrindən , "Zeytun Budağı" əməliyyatına tam dəstək vermələrini gözləyirik". 



Әlaqәli Xәbәrlәr