Türkiyə və ABŞ Suriyanın ərazi bütövlüyü məsələsində fikir birliyi bəyan etdilər

Türkiyə və Amerika Birləşmiş Ştatları Suriyanın ərazi bütövlüyünün və milli birliyinin qorunub saxlanılması məsələsində fikir birliyi bəyan etdilər.

911955

 Ötən gün rəsmi səfərlə Türkiyəyə gələn ABŞ dövlət katibi Reks Tillerson dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Xarici Işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdü.
 
 Görüşlərdən sonra tərəflərin birgə bəyanatı yayıldı.
 
 Bəyanatda deyilir: "Suriya daxilində fait accompli və demoqrafik dəyişiklik yaradacaq bütün cəhdlərə qarşı qərarlı mövqe sərgiləyəcəyik. İki ölkə arasındakı problemlərin həlli üçün ən gec mart ayının ortasına qədər birgə mexanizm yaradılacaq. Türkiyə və ABŞ Suriyanın ərazi bütövlüyünün və milli birliyini  təsdiq edirlər".

Әlaqәli Xәbәrlәr