Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ Dövlәt katibini qәbul edib
Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәyә sәfәr edәn ABŞ Dövlәt katibi Reks Tillersonu qәbul edib.
![Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ Dövlәt katibini qәbul edib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/3f50/a8b6/d115/5a865e1342ca9.jpg?time=1718869302)
Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәyә sәfәr edәn ABŞ Dövlәt katibi Reks Tillersonu qәbul edib.
Mәtbuat üçün qapalı keçirilәn görüş 3 saat 15 dәqiqә davam edib.
Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Beştәpәdә keçirilәn görüşdә başda Suriya vә İraq mәsәlәsi olmaqla ikitәrәfli münasibәtlәr vә terrorla mübarizә mövzuları müzakirә olunub.
Görüşdә Türkiyәnin bütün bu mövzulardakı prioritetlәri vә gözlәntilәri ABŞ Dövlәt katibinә çatdırılıb.
Qeyd edәk ki, görüşdә Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu da iştirak edib.
Mәlumata görә, Reks Tillerson bu gün Mövlud Çavuşoğlu ilә dә bir araya gәlәcәk.
Görüşdә ABŞ-ın terror tәşkilatı PYD/PKK-ya verdiyi dәstәk başda olmaqla Türkiyә-ABŞ әlaqәlәrinin ortaq gündәmindә önә çıxan mәsәlәlәr müzakirә olunacaq, hәmçinin beynәlxalq mövzular әtrafında fikir mübadilәsi aparılacaq.
Xatırladaq ki, Reks Tillerson keçәn il martın 30-da Ankaraya, iyulun 10-da isә İstanbula sәfәr etmişdi.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718869303)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718869303)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq