“ABŞ ilə əlaqələri normallaşdıracaq addımlar atıldı”: M.Çavuşoğlu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyədə səfərdə olan ABŞ dövlət departamentinin rəhbəri Rex Tillerson ilə ikitərəfli əlaqələrin normallaşması mövzusunda razılaşdıqlarını bildirib.

912036
“ABŞ ilə əlaqələri normallaşdıracaq addımlar atıldı”: M.Çavuşoğlu

Xarici işlər naziri M.Çavuşoğlu Amerikalı həmkarı Rex Tillerson ilə görüşdükdən sonra təşkil edilən birgə mətbuat konfransında: “ABŞ ilə əlaqələr kritik mərhələyə çatıb. Ancaq Tillersonın Türkiyəyə reallaşdırdığı səfər hər iki ölkə baxımından faydalı oldu. Danışıq zamanı təkcə ikitərəfli əlaqələr yox, regional mövzulara dair  hər  iki   ölkənin  mövqeyi də  müzakirə edildi. İki  ölkənin də gözləntiləri var. Bunlar, Prezident Rəcəb Tayyib Ərdoğanın Tillersonı qəbulu zamanı səsləndirildi. Əlaqələrin sahmana salınması mövzusunda əhəmiyyətli fikirlər  ortaya  qoyuldu. Biz əvvəlcə Fətullahçi Terror Təşkilatı (fəto) mövzusunda və ABŞ-ın terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması YPG-yə verdiyi dəstəyə son qoyulmasına dair tələblərimizi konkret olaraq bildirdik. Bundan sonra verilən vədlərə əməl edilməsi üçün atılası addımları danışdıq. Reallaşan bu səfərdən sonra iki ölkə arasındakı əlaqələrin yenidən normallaşmasını, qarşılıqlı etimadın bərpa olmasını və təhlükəsizlik ilə əlaqəli narahatlığımızın idrak edilməsini istəyirik. Danışıqlar zamanı bütün problemlərin təhlil ediləcəyi yeni bir mexanizmin, Mart ayının yarısına dək yaradılması mövzusunda qərara gəldi. ABŞ, daha əvvəl (2016-ci) ildə YPG-nin Fərat Çayının şərqinə çəkiləcəyi barədə söz vermişdi. Lakin buna sadiq qalınmadı. Menbiçdə ən sıx ərəblər yaşayırlar. Nizamın bərpası üçün YPG bu ərazilərdən çıxmalıdır” deyə Xarici işlər naziri M.Çavuşoğlu vurğulayıb.

ABŞ xarici işlər naziri Tillerson da öz növbəsində "Türkiyə ilə ölkəsi arasındakı əlaqələrn daimi və strateji olduğuna diqqəti çəkərək : “ Həmkarım Çavuşoğlu ilə narahatlığımızı və əlaqələrin gələcəyini qarşılıqlı müzakirə etdiyimiz bir yığıncaq keçirdik. Türkiyə-ABŞ arasındakı əlaqələr yalnız qarşılıqlı mənfəetə əsaslanmır. Türkiyə, NATO-nun ilk üzvləri arasında yer alan müttəfiqimizdir. Əfqanıstan və  Koreya başda olmaqla bir çox ölkədə ortaq addımlar atdıq. Cenevrə konfransının Suriya böhranının həllinə töhfə verməsini gözləyirik. 7 ildir ki Suriya böhranı davam edir. Türkiyə bu müddət ərzində 3 milyondan çox qaçqına ev sahibliyi edərək təqdirə şayan bir siyasət izlədi. Suriya mövzusunda hər iki ölkənin hədəfi eynidir. Bu əraziləri terror təşkilatı DEAŞ-dan təmizləyib, qaçqınların evlərinə  qayıtmasına  imkan yaradmaq əsas məqsədimizdir. Müstəqil bir Suriya ideasına dəstəyimiz tamdır. Suriya xalqı öz liderlərini azad iradə  ilə seçmə hüququna sahibdir. Bunun üçün atılası addımları müəyyənləşdirəcəyik. Yaradılacaq yeni iş qrupu Menbiç məsələsini təhlil edəcək. Təkcə Menbiç yox, Şimali Suriya məsələsi gündəmimizdə olacaq” deyə Tillerson qeyd edib.

Rex Tillerson, jurnalistlərin  suallarını  cabablandırıb:

 “ABŞ əsgərləri Menbiçdən çıxarılacaqlarmı”

Tillerson: Bölgənin ABŞ-nın nəzarətində qalmasını istəyirik.

 ABŞ-ın YPG terror təşkilatına dəstəyinə son qoyulacaqmı”

Tillerson: “ABŞ-da büdcə yalnız DEAŞ-a qarşı mübarizə üçün ayrılıb. Bundan başqa  vəsait  ayrılmayıb.

“Fəto məsələsində konkret addım atılacaqmı”

Tillerson: Dünən cənab Ərdoğan da fəto ilə əlaqədar narahatlıqlarını ifadə etdi. Biz dəlilləri tətqiq etməkdə davam edəcəyik. Müstəqil istintaq davam edəcək. Yeni dəlillər başda olmaqla Türkiyənin bizə verəcəyi bütün sənədlər qiymətləndiriləcək.



Әlaqәli Xәbәrlәr