‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1528 terrorçu mәhv edilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.(YENİLƏNİB)

910908
‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә 1528 terrorçu mәhv edilib

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’әmәliyyatı nәticәsindә mәhv edilәn terrorçu sayı 1528-ә yüksәlib. 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, bu gün keçirilәn әmәliyyatlar nәticәsindә PKK/KCK/PYD-YPG vә DEAŞ üzvü 42 terrorçu da mәhv edilib.

Mәlumatda yanvarın 20-dә başlanan әmәliyyat nәticәsindә bu günәdәk 1528 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Digər tərəfdən TSQ və Azad Suriya Ordusu (ASO) Afrində Karri, Şerbanlı, Şeyda və Duraklı kəndlərini terror təşkilatı PYD/PKK-dan təmizləyib.

Beləlikə Türkiyə sərhədi boyunca Racunun qərbindəki təhlükəsiz məntəqə ilə Şeyx Hadid diyarının şimalına tərəf ərazi digər təhlükəsiz məntəqə ilə birləşdirilib.

TSQ və əməliyyatlara dəstək verən ASO qüvvələri əməliyyatın başladığı gündən bəridir PYD/PKK-nın işğalındakı Afrində 14-ü strateji dağ və yüksəlti olmaqla cəmi 58 məntəqəni təşkilatdan təmizləyib. 



Әlaqәli Xәbәrlәr