"FETÖ Afrika ölkələrində də vardır", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan maraqları üçün qan tökməkdən çəkinməyən Fətullahçı Terror Təşkilatının (FETÖ) təkcə Türkiyə deyil, olduğu bütün ölkələrə böyük təhdid yaratdığını deyib.

910725
"FETÖ Afrika ölkələrində də vardır", R.T.Ərdoğan

  Ərdoğan paytaxt Ankarada rəsmi səfərdə olan qambiyalı həmkarı Adama Barrou ilə birgə təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib: “FETÖ Afrika ölkələrində də vardır. Afrikalı dostlarımız təşkilata qarşı nə qədər tez tədbir görərsə, özləri, uşaqları və gələcəkləri üçün bir o qədər yaxşı olar".

  İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzaladıqlarını da nəzərə çatdıran Ərdoğan bunları söyləyib: "Afrika tərəfdaşlıq siyasətimiz çərçivəsində qitə miqyasında baş verən hadisələri yaxından təqib edirik. Ölkəmiz Afrika ölkələri ilə əməkdaşlığı irəli aparmaqda qərarlıdır".

  Rəcəb Tayyib Ərdoğan maraqları üçün qan tökməkdən çəkinməyən Fətullahçı Terror Təşkilatının (FETÖ) nəinki Türkiyə, olduğu bütün ölkələrə böyük təhdid yaratdığını da vurğulayıb.



Әlaqәli Xәbәrlәr