Binәli Yıldırım vә Aleksis Çipras arasında telefon danışığı olub

Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Egey dәnizindә qonşu Yunanıstanla  son dövrdә yaşanan gәrginlikdәn duyulan narahatlıq, gәrginliyin azaldılması üçün Yunanıstanın  lazımi tədbirləri görmәsinin  vacibliyi vurğulanıb.

909971

Türkiyәnin Baş naziri Binәli Yıldırım vә Yunanıstan Baş naziri Aleksis Çipras arasında telefon danışığı olub.

Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Egey dәnizindә qonşu Yunanıstanla  son dövrdә yaşanan gәrginlikdәn duyulan narahatlıq, gәrginliyin azaldılması üçün Yunanıstanın  lazımi tədbirləri görmәsinin  vacibliyi vurğulanıb.

Görüşdə bu məsələ ilə bağlı ehtiyac olacağı təqdirdə iki tərəfin yüksək vәzifәli  hərbi rəsmilərinin bir araya gəlməsinin faydalı olacağı mövzusunda razılıq әldә olunub.

Görüşdә hәmçinin  problemin dialoq yolu ilə həll olunmasının vacibliyi  vurğulanıb.

Әlaqәli Xәbәrlәr