Mövlud Çavuşoğlu Küveytә sәfәr edәcәk

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Küveytә sәfәr edәcәk

909199
Mövlud Çavuşoğlu Küveytә sәfәr edәcәk

DEAŞ-la mübarizә aparan beynəlxalq koalisiyanın xarici işlәr nazirlәrinin görüşündә Türkiyәni Xarici İşlәr naziri Mövlud Çavuşoğlu tәmsil edәcәk.

Mәlumata görә, Mövlud Çavuşoğlu görüşdә  DEAŞ-la  mübarizə adı ilә  başda Amerika Birləşmiş Ştatları olmaqla bəzi ölkələrin terror təşkilatı PKK/PYD/YPG-yә  verdikləri dəstəyi dayandırmasının vacibliyini vurğulayacaq.

Mövlud Çavuşoğlu həmçinin  Türkiyә  Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində "PKK/KCK/PYD-YPG və DEAŞ-a qarşı yanvarın 20-dә başladığı ‘‘Zeytun Budağı’’ әmәliyyatının istiqamәti haqqında məlumat verəcək.



Әlaqәli Xәbәrlәr