XİN sözçüsü Hami Aksoy Şәrqi Quta ilә bağlı açıqlama verib

Hami Aksoy bildirib ki, rejim qüvvәlәrinin fevralın 6-da Şәrqi Qutaya endirdiyi zәrbәlәr nәticәsindә 100-dәn çox dinc sakin hәlak olub.

905900
XİN sözçüsü Hami Aksoy Şәrqi Quta ilә bağlı açıqlama verib

Türkiyә Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Suriyada rejim qüvvәlәrinin Şәrqi Qutaya endirdiyi zәrbәlәr ilә bağlı bildirib ki:‘‘Astana müqavilәsi çәrçivәsindә elan edilәn dörd münaqişәsiz  bölgә arasında olan  Şәrqi Qutaya endirilәn zәrbәlәrin son günlәrdә artığını müşahidә edirik. Bu vәziyyәt narahat edicidir’’.

Hami Aksoy bildirib ki, rejim qüvvәlәrinin fevralın 6-da Şәrqi Qutaya endirdiyi zәrbәlәr nәticәsindә 100-dәn çox dinc sakin hәlak olub.

Digәr tәrәfdәn rejim qüvvәlәrinin bölgәyә kimyәvi silahlarla hücum etdiyini bildirәn Aksoy: ‘‘ BMT-nin Suriya üzrә Müstәqil Araşdırma Komissiyasının sәdri  fevralın 6-da verdiyi açıqlamada Şәrqi Qutaya vә İdlibin Serakin bölgәsinә kimyәvi silahlarla hücum edildiyi ilә bağlı mәlumat әldә etdiklәrini vә komissiyanın bu iddiaları araşdırmaya başladığını bildirmişdi’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr