Rəcəb Tayyib Ərdoğan fəxri sədr seçildi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Qüds 2018 İslam Dünyası Gənclik Paytaxtı" proqramının himayədarlar heyətinin fəxri sədri seçildi.

905979
Rəcəb Tayyib Ərdoğan fəxri sədr seçildi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Qüds 2018 İslam Dünyası Gənclik Paytaxtı" proqramının himayədarlar heyətinin fəxri sədri seçildi.
 
 İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun verdiyi yazılı açıqlamaya görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı İstanbul mərkəzli beynəlxalq təşkilat olan İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumu (İKGF-Dİ)  və Fələstin Gənclər İdman Nazirliyinin əməkdaşlığı ilə keçirilən "Qüds 2018 İslam Dünyası Gənclik Paytaxtı" proqramının açılışı Fələstinin dövlət başçısı Mahmud Abbasın ev sahibliyi ilə Fələstində həyata keçirildi.
 
 Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bakın,  İƏT-in üzv ölkələrindən 10 nazirin və 30 ölkədən yüksək səviyyəli nümayəndə heyətinin iştirak etdiyi proqramın açılış mərasimində çıxış edən Mahmud Abbas  belə mühüm bir layihənin həyata keçirilməsini təmin edən İKGF-Dİ-yə ev sahibliyi edən Türkiyəyə və dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.
 
 Proqram çərçivəsində həyata keçiriləcək layihələrin Fələstin gəncliyi üçün əhəmiyyət kəsb etdiyini vurğulayan Abbas: "Qüds davası İslam dünyasının birləşdiyi məqamdır, eyni zamanda, Məscidül- Əqsa İƏT-in yaranma səbəbidir. Başda Ərəb qardaşlarımız olmaqla, bütün İƏT üzvü ölkələrini və əlaqədar İƏT qurumlarını İKGF-Dİ ilə birgə həyata keçirəcəyimiz fəaliyyətlərə lazımi dəstəyi verməyə dəvət edirik" ifadəsini işlətdi.
 
 Açılış proqramının sonunda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "Qüds 2018 İslam Dünyası Gənclik Paytaxtı" proqramının himayədarlar heyətinin fəxri sədri seçildiyi bildirildi.
 
Qeyd edək ki, İKGF-Dİ-nin koordinasiyasında keçirilən İslam Dünyası Gənclik Paytaxtı Proqramının ilk paytaxtı 2016-cı ildə İstanbul seçilib. 2017 Gənclər Paytaxtı olaraq seçilən Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərlərindən sonra 2018-ci ili Gənclər Paytaxtı Qüds oldu.



Әlaqәli Xәbәrlәr