6 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim oldu

Şırnakın Silopi rayonunda İraqın şimalındakı məskunlaşma sahələrindən qaçan 6 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim oldular.

906449
6 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yaydı.

Məlumatda Şırnakın Silopi rayonunda İraqın şimalındakı məskunlaşma sahələrindən qaçan 6 PKK terrorçusunun təhlükəsizlik qüvvələrinə təslim olduqları bildirilir.
 
 Məlumatda bildirildiyinə görə, Diyarbəkirin Lice rayonunda təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan əməliyyatda bir sığınacaqda 1120 metr kabel, 1 qaz balonu və müxtəlif yaşayış materialları, Bitlisin mərkəzində aparılan axtarışlarda isə 3 sığınacaq, 1 anbar, 2 ev, 1 əl istehsalı olan partlayıcı, 2 balon, 350 metr kabel və müxtəlif yaşayış materialları ələ keçirilib. 
 
 Digər tərəfdən Şırnakın Güçlükonak rayonunda separatçı terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatda terrorçulara məxsus 14 sığınacaq məhv edilib.
 
Valilikdən verilən məlumata görə, Güçlükonak rayonu Demirboğazı kəndində keçirilən əməliyyatda terör təşkilatına aid 14 sığınacaq aşkar edilərək məhv edilib.
 
Əməliyyatların qətiyyətlə davam etdirildiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr