Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә tәhlükәsizlik mәsәlәlәri ilә bağlı toplantı keçirilib

Dövlәt Aparatının mәtbuat xidmәrindәn verilәn mәlumata görә, Külliyәdә keçirilәn toplantıda ‘‘Zeytun Budağı’’  әmәliyyatı da qiymәtlәndirilib.

905038
Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә tәhlükәsizlik mәsәlәlәri ilә bağlı toplantı keçirilib

Tәhlükәsizlik mәsәlәlәri ilә bağlı toplantı Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilib.

Toplantıda Suriyadakı son vәziyyәt  vә terrorla mübarizә mәsәlәlәri müzakirә olunub.

Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Külliyәdә keçirilәn toplantıda ‘‘Zeytun Budağı’’  әmәliyyatı da qiymәtlәndirilib.

Toplantıda Baş nazir Binәli Yıldırım,Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akar, Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Daxili İşlәr naziri Süleyman Soylu, Milli Müdafiә naziri Nurәddin Canikli vә rәsmi şәxslәr iştirak edib.



Әlaqәli Xәbәrlәr