Dövlət başçısı Ərdoğanın Roma Papası ilə görüşü başa çatdı

Vatikanda rəsmi səfərdə olan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə görüşdü.

903860
Dövlət başçısı Ərdoğanın Roma Papası ilə görüşü başa çatdı

Vatikanda rəsmi səfərdə olan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə görüşdü.

Ərdoğan üçün əvvəl Apostol Sarayının önündə rəsmi mərasim keçirildi.

Dövlət başçısı və həyat yoldaşı San Damaso qapısında Papalıq iqamətgah valisi baş yepiskop Georg Ganswein tərəfindən qarşılandı.

Qarşılama mərasimindən sonra dövlət başçısı Ərdoğan Roma Papası ilə təkbətək keçiriləcək görüş yerində Papa tərəfindən qapıda qarşılandı.

“Göstərdiyiniz marağa görə çox təşəkkür edirəm” ifadəsini işlədən dövlət başçısı Ərdoğana Papa da səfərinə görə təşəkkür etdi.

Mətbuat mənsublarının şəkil çəkməsindən sonra Ərdoğan və Roma Papası təkbətək görüşün keçiriləcəyi salona keçdi.

Mətbuata qapalı keçirilən görüş bir saatdan artıq müddət davam etdi.



Әlaqәli Xәbәrlәr