Bekir Bozdağ: ‘‘Türkiyə ilə Hollandiya arasındakı diplomatik əlaqələr kəsilməyib’’

Türkiyə hökumətinin sözçüsü Bekir Bozdağ Nazirlər Kabinetinin iclası davam edərkən  açıqlama verib.

904183
Bekir Bozdağ: ‘‘Türkiyə ilə Hollandiya arasındakı diplomatik əlaqələr kəsilməyib’’

Bekir Bozdağ bildirib ki, terror təşkilatı YPG-yə verilən silahlar Türkiyəyə qarşı istifadə olunur. Türkiyə Afrinə göndəriləcək hər növ silah-sursatı  hədəfə alacaq. Silahları gördüyümüz yerdə vuracağıq, məhv edəcəyik.

 Hollandiyanın  Ankaradakı  səfirini geri çağırması mövzusuna da toxunan Bekir Bozdağ: ‘‘ Son iki ildir Hollandiyanın Ankarada səfiri yoxdur. Olmayan  səfirini  rəsmi şəkildə  geri  çağırdığını açıqlayıb. Bu yeni bir vəziyyət deyil bizim üçün.  Türkiyə ilə Hollandiya arasındakı diplomatik əlaqələr kəsilməyib.’’ deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr