Ərdoğan bazanı qeyri-rəsmi geyimlə gəzdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 14-cü İnsansız Hava Vasitəsi Sistemləri (İUS) Baza Komandanlığına baş çəkib.

903084
Ərdoğan bazanı qeyri-rəsmi geyimlə gəzdi

    İş başında geyinilən pilot pencəyilə stansiyanı gəzən Ərdoğan bazanın fəaliyyətilə bağlı məlumat alıb və SİHA-ya (Silahlı İnsansız Hava Aracı) imzasını atıb.

  Ərdoğanı Baş nazir müavinləri Mehmet Şimşək və Fikri İşıq, Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya və Milli İnsansız Hava Vasitəsi “Bayraktar”ın memarı və eyni zamanda, dövlət başçısının kürəkəni Səlcuq Bayraktar müşayət edib.

  Xatirə şəkilləri çəkdirdikdən sonra S.Bayraktar fotoların bir neçəsini media hesabından paylaşıb.



Әlaqәli Xәbәrlәr