Zeytun Budağı Hərəkatında zərərsizləşdirilən terrorçu sayı 899-a yüksəldi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində aparılan Zeytun Budağı Hərəkatı çərçivəsində 13 əsgər şəhid olub, 57 əsgər yaralanıb.

902927
Zeytun Budağı Hərəkatında zərərsizləşdirilən terrorçu sayı 899-a yüksəldi

   Baş Qərargahdan verilən məlumata görə, “İkinci həftəsi geridə qalan hərəkatın başlanğıcından etibarən Türkiyə Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarına aid 538 hədəf məhv edilib. Hərəkat çərçivəsində bu zamana qədər PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarının ən az 899 üzvü zərərsizləşdirilib. Terrorçularla qarşıdurmalarda Türkiyə Silahlı Qüvvələrindən bu günə qədər 13 qəhrəman əsgər şəhid olub, 57-si isə yaralanıb. Yaralıların həyati təhlükəsi yoxdur".

 



Әlaqәli Xәbәrlәr