Türkiyə XİN bəyanat yaydı

Türkiyə  DHKP/C üzvü Mehmet Doğanın Türkiyəyə ekstradisiya edilməsi tələbinin Afina Kassasiya Məhkəməsi tərəfindən rədd edilməsinə reaksiya göstərdi.

902578
Türkiyə XİN bəyanat yaydı

Türkiyə  DHKP/C üzvü Mehmet Doğanın Türkiyəyə ekstradisiya edilməsi tələbinin Afina Kassasiya Məhkəməsi tərəfindən rədd edilməsinə reaksiya göstərdi.

 Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda 28 noyabr 2017-ci il tarixində Afinada keçirilən əməliyyatda yaxalanan DHKP/C üzvü Mehmet Doğana dair ekstradisiya tələbinin Afina Kassasiya Məhkəməsi tərəfindən rədd edildiyi xatırladılır.
 
Bəyanatda bu qərarın Yunan məhkəmələrinin terror təşkilatlarını himayə edən mövqeyinə yeni bir nümunə olduğu qeyd olunur.
 
 Bəyanatda deyilir: "Afina Kassasiya Məhkəməsinin qərarı yaxşı qonşuluq münasibətlərinə yaraşan qərar deyil. Bundan sonrakı prosesdə yunan məhkəməsinin siyasi təzyiqlərdən uzaq, hüquqa uyğun və ədalətli qərarlar verməsini gözləyirik". 



Әlaqәli Xәbәrlәr