Türkiyə Yəmənə çağırış edib

Yəmənin Aden şəhərində legitim hökumətə mənsub qüvvələr ilə bəzi separatçı qruplaşmalar arasında qarşıdurmalar davam edir.

900337
Türkiyə Yəmənə çağırış edib

Türkiyə qarşıdurmalar səbəbiylə tərəflərə ölkədəki mövcud böhranın həllini daha da çətinləşdirəcək addımlardan imtina etmələri haqqında çağırış edib.

Xarici İşlər Nazirliyinin çağırışında: “Xeyli sayda insanın həyatını itirməsi və ya yaralanmasına gətirib çıxaran qarşıdurmalar narahatlıq yaradır. Yəməndə daimi sülh və stabillik, siyasi həll yolu ilə bərpa edilə bilər.

Türkiyə Yəmənin sülh, sabitlik və ərazi bütövlüyünü dəstəkləməkdə, və qardaş Yəmən xalqı ilə həmrəy olmaqda davam edəcək” .

 



Әlaqәli Xәbәrlәr