Suriya Milli Dialoq  Konqresində Suriyanın suverenliyi və ərazi bütövlüyü vurğulandı

Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi keçirildi.

900217
Suriya Milli Dialoq  Konqresində Suriyanın suverenliyi və ərazi bütövlüyü vurğulandı

Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq  Konqresində Suriyanın suverenliyi və ərazi bütövlüyü vurğulandı.

Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi keçirildi.
Konqresin sonunda yekun bəyənnamə qəbul edildi.
Bəyannamədə: "Suriya xalqı öz gələcəyinə seçkilərlə qərar verməlidir. Suriya ordusu Suriyanın sərhədlərini qorumaq, xarici qüvvələrlə və terrorizmlə mübarizə aparmaq üçün fəaliyyətinə davam etməlidir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq  Suriya xalqının bütün tərəfləri bərabər hüquqa malikdirlər" deyilir.
Konqresin iştirakçıları Suriyanın  mövcud konstitusiyasında dəyişikliklərin edilməsi üçün 150 üzvlük bir komitənin qurulduğunu bildirdilər və 7 ildən çoxdur davam edən müharibəyə son qoymaq üçün seçkilərin keçirilməsi mövzusunda həmfikir olduqlarını  qeyd etdilər.



Әlaqәli Xәbәrlәr