Müttəfiqlər Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləməlidirlər

Türkiyə Dövlət Aparatını sözçüsü İbrahim Kalının  "Daily Sabah" qəzetinin 27.01.2018-ci il tarixli sayında dərc olunan məqaləsidir.

899858
Müttəfiqlər Türkiyənin terrora qarşı mübarizəsini dəstəkləməlidirlər

Terrora qarşı mübarizələrdə Türkiyənin müttəfiqlərini dəstəklədiyi kimi, müttəfiqləri də, istər DEAŞ, istər PKK, və ya Fətullahçı terror təşkilatı (FETÖ) olsun, terrora qarşı mübarizədə Türkiyəyə dəstək verməlidirlər.

 Türkiyə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK/PYD-YPG terror təşkilatından təmizləmək üçün "Zeytun Budağı" əməliyyatına başladı. Bəzi Qərb müttəfiqləri bu əməliyyatı DEAŞ-la mübarizədən uzaqlaşma vasitəsi kimi görsə də, əməliyyat Suriyadan gələn bütün terror təhdidlərini aradan qaldırmaq və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün düzgün istiqamətdə atılan addımdır.

"Zeytun Budağı" əməliyyatı BMT Konvensiyasının 51-ci maddəsində göstərilən özünümüdafiə hüququ çərçivəsində tamamilə qanuni olaraq həyata keçirilir. Son bir neçə il ərzzində Türk şəhərləri Hatay və Kilsə Afrindən 700- dən çox hücum olub. Bundan başqa, PKK bölgədən sıralarını artıqmaq və təlim keçirmək məqsədi ilə istifadə edir. PYD və ona bağlı olan YPG  terrorçuları DEAŞ-la mübarizə adı altında Afrin və ətrafının nəzarətini ələ keçirərək fait accompli vəziyyəti yaradıblar. Lakin məsələnin həqiqi üzü bundan ibarətdir: bu təşkilat DEAŞ təhdidindən bir növ muxtar bölgə və nəticədə müstəqil dövlət yaratmaq məqsədilə, Suriya torpaqlarında öz qeyri-qanuni nəzarətini genişləndirmək üçün bir bəhanə kimi istifadə edir. Türkiyə bu vəziyyətin daha da dərinləşməsinə icazə verə bilməz, verməyəcək.

Hazırda "Zeytun Budağı" əməliyyatının qanuniliyini mühakimə edən bir ölkə yoxdur. Bəzi ölkələr isə əməliyyatın ölçü və müddəti ilə bağlı narahatlıqlarını dilə gətirir, Türkiyədən mülki vətəndaşlar arasında  itkilərə yol verilməməsini istəyirlər. Bu narahatlıqların heç birinin əsası yoxdur. Baxın, Türkiyənin "Fərat Qalxanı" əməliyyatındakı statistikası çox təmizdir. Əməliyyat müddətində Türkiyə hərbi qüvvələri Cerablus və əl-Bab arasındakı bölgəni DEAŞ terrorçularından təmizləmiş, mülki vətəndaşlar arasında itkilərə yol verməmiş və bölgəni həqiqi sahiblərinə, yəni Suriyanın yerli xalqlarına təhvil vermişdi. Türkiyənin Suriyanı işğal etmək məqsədi yoxdur və belə bir nəticəni doğuracaq da heç bir şey etməyib.

 Digər tərəfdən, Suriyadakı YPG təhdidini görə bilməyənlər tarixi səhvə yol verirlər. PKK eynilə, əl-Qaidə, DEAŞ, Boko Haram kimi terror təşkilatdır və onun Suriyadakı qolları- PYD və YPG də fərqli deyillər. Suriya və İraqdakı YPG ilə mübarizə DEAŞ ilə mübarizədən qaçmaq vasitəsi deyil. Əksinə, bu mübarizə bölgədəki hər növ terrorun aradan qaldırılması məqsədinə xidmət edir.

 Türkiyə İraqdakı PKK təhdidi və Suriyadakı YPG məsələsində hər zaman açıq və dəqiq olub və məsələni BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, qonşu ölkələrə də açıq şəkildə bildirib. Lakin Türkiyə müttəfiqlərinin məsələnin gərginliyini görə bilməmələri səbəbindən  vətəndaşlarını və sərhədlərini qorumaqdan imtina edə bilməz. Eyni zamanda, bu, yalnız Türkiyə ilə bağlı bir məsələ də deyil. Bu, İraq və Suriyadakı terrorçu şəbəkələrini aradan qaldırmaq, bu ölkələrin xalqları və ərazi bütövlüyünü və siyasi birliyini qorumaq üçün də lazımdır.

PKK təbliğatının əksinə "Zeytun Budağı" əməliyyatı Suriya kürdlərinə deyil, terrorçu təşkilata qarşıdır. PKK kürdləri təmsil etmir və onların adından da danışa bilməz. PKK-nın əvvəllər dəbdə olan marksist-leninist ideologiyası və terrorçu fəaliyyətlərini rədd edən milyonlarla kürd var. Bundan başqa, PYD və YPG DEAŞ-la mübarizə adı altında kürdlər, ərəblər və Türkmənlər də daxil olmaqla, Suriya xalqını əzir. Onların əsas məqsədi DEAŞ-a qarşı döyüşmək deyil, zorla və təzyiqlə  dövlət yaratmaqdır. Dünya bu sadə həqiqəti anlamalıdır.

 Amerika Birləşmiş Ştatları rəhbərliyi DEAŞ təhlükəsi sovuşduğunda artıq PYD və YPG-ni dəstəkləməyəcəyini söyləmişdi. ABŞ prezidenti Donald Trumpın 24 noyabr və 24 yanvar tarixli telefon danışıqlarında prezident Rəcəb Tayyib Ərdoğana bunu söyləmişdi. Buna baxmayaraq, ABŞ-ın YPG-yə hərbi dəstəyi hələ də davam edir və bu, ABŞ-ın yürütdüyü siyasətin yekun hədəfi ilə bağlı ciddi suallar yaradır. Suriyada terrorçu mərkəzin gücləndirilməsi həm NATO-ya qarşı bir təhdid yaradır, həm də Suriyanın ərazi bütövlüyünü və etnik-mədəni quruluşunu təhlükəyə atır.

 Ankara DEAŞ-ı terror təşkilatı olaraq tanıyır və həm beynəlxalq koalisiyanın bir hissəsi kimi, həm də öz səlahiyyəti daxilində ona qarşı döyüşür, lakin müttəfiqlərindən də PKK və onun törəmələrinə qarşı eyni rəftarı  gözləyir. Yalnız bu halda NATO müttəfiqləri olan Türkiyə və ABŞ arasındakı mövcud gərginlik səngiyə bilər.

Türkiyənin terrora qarşı mübarizələrində müttəfiqlərini dəstəklədiyi kimi, müttəfiqləri də, istər DEAŞ, istərsə də PKK, və ya FETÖ olsun, terrora qarşı mübarizədə Türkiyəyə dəstək verməlidirlər. Həqiqibir ittifaq və dostluq bunu tələb edir.

 



Әlaqәli Xәbәrlәr