Türkiyə Silahlı Qüvvələri məlumat yaydı

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarının 616 terrorçusu zərərsizləşdirilib.

899519
Türkiyə Silahlı Qüvvələri məlumat yaydı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində davam edən "Zeytun Budağı"əməliyyatı çərçivəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və DEAŞ üzvü 616 terrorçunu zərərsizləşdirdi.

TSQ-nın yaydığı  məlumat görə, Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda PKK/KCK/PYD-YPG və DEAŞ   terror təşkilatlarına məxsus 9  hədəf məhv edildi. 

 Hədəflər arasında terror təşkilatları tərəfindən istifadə edilən sığınacaq, mövqe, silah-sursat və yaşayış ləvazimatlarının olduğunun bildirildiyi açıklamada, mülki vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslığın göstərildiyi vurğulanıb.

Məlumatda həmçinin "Zeytun Budağı"əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir." deyə bildirilib.



Әlaqәli Xәbәrlәr