“Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başladı

İstanbulda şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

899145
“Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başladı

İstanbulda şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Diyanət İşləri Başqanlığının təşkilatçılığı ilə keçirilən konfransda İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (Rusiya Federasiyası), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimləri iştirak edirlər.

Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra müqəddəs Qüds şəhərinin tarixi və müasir vəziyyətini əks etdirən film göstərilib.

Konfransın açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Diyanət İşləri başqanı Əli Ərbaş və digərləri çıxış ediblər.

Konfrans yanvarın 30-da işini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr