“Heç bir ölkənin torpağında gözümüz yoxdur”

TSQ Suriyanın Afrin bölgəsini "PKK / KCK / PYD-YPG və DEAŞ quldurlarından təmizləmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən azad etmək üçün başlatdığı Zeytun Budağı əməliyyatı tamamlandıqdan sonra bölgə yenidən Suriya xalqına təhvil veriləcək.

899263
“Heç bir ölkənin torpağında gözümüz yoxdur”

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Antaliyada muhtarlarla bir araya gəlib. Nazir yığıncaqda etdiyi çıxışında Zeytun Budağı əməliyyatına toxunaraq: “TSQ və Azad Suriya Ordusu tərǝfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində terroristlərə ağır zərbə endirilir. Afrinə istiqamətli Zeytun Budağı əməliyyatı Türkiyənin legitim müdafiə haqqıdır. Bizim heç bir ölkənin torpağında tamahımız yoxdur. Suriyanın sərhəd və ərazi bütövlüyünün qorunmasına ən güçlü dəstək verən ölkə isə Türkiyədir. TSQ və azad Suriya ordusu bölgədəki terror təhdidini məhv etməyi məqsəd götürüb. Terror təşkilatlarına dəstək verənləri xəbərdar etdik. Onlardan teroristlərə silah yardımına son qoymalarını istədik. Quldurlara verilən silahlar Türkiyənin əlayhinə istifadə edilir dedik. Amma bütün bu xəbərdarlıqlarımıza biganə qalmaqda davam etdilər. Türkiyə öz göbəyini özü kəsməyə məcbur qaldı və quldurları məhv etmək, onların kökünü kəsmək üçün bu əməliyyatı başlatdı”  deyə   Çavuşoğlu  vurğulayıb.



Әlaqәli Xәbәrlәr