Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Əfqanıstan prezidenti Əşrəf Qaniyə başsağlığı verdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Əfqanıstan prezidenti Əşrəf Qaniyə Kabildə törədilən terror aktında həyatını itirənlər üçün başsağlığı məktubu ünvanladı.

898867

Dövlət başçısı Ərdoğan “Cənab prezident, əziz qardaşım” ifadələrilə başladığı məktubunda paytaxt şəhərdə dünən törədilən terror aktı nəticəsində çoxlu sayda əfqanın həyatını itirdiyini və yaralandığını dərin kədərlə öyrəndiyini söylədi.

Xain terror hücumunu qınadığını vurğulayan Ərdoğan “Günahsız dinc əhalini hədəf götürən bu xain və alçaq terror hücumunu sərt dillə pisləyirəm. Bu hücumun liderliyinizdə, beynəlxalq ictimaiyyətin də dəstəyilə sabitlik və rifaha qovuşması istiqamətində önəmli addımlar atan Əfqanıstanı bu yoldan yayındırmayacağına inanıram. Türkiyənin terrora qarşı haqlı mübarizəsində Əfqanıstanın yanında olduğunu bir daha dilə gətirərəm. Bu terror hücumunda həyatını itiran qardaşlarıma Allahdan rəhmət, yaralılara təcili şəfa, zatı alilərinin şəxsində dost və qardaş əfqan xalqına şəxsim və millətim adından başsağlığı diləyirəm”-deyə bildirdi.

Әlaqәli Xәbәrlәr