Bir həftədə 28 terrorçu zərərsizləşdirildi

Türkiyədə ölkə miqyasında 22-29 yanvar tarixlərində həyata keçirilən əməliyyatlarda 28 terrorçu zərərsizləşdirildi.

899134
Bir həftədə 28 terrorçu zərərsizləşdirildi

Türkiyədə ölkə miqyasında 22-29 yanvar tarixlərində həyata keçirilən əməliyyatlarda 28 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, son bir həftədə terror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri 819 əməliyyat keçirdi.

PKK terror təşkilatı ilə əlaqədə olan 450, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqədə olan 623, terror təşkilatı DEAŞ ilə irtibatlı 59 və ifratçı sol meyilli olduğu müəyyən edilən 34 nəfər saxlanıldı.

Əməliyyatlarda terror təşkilatlarına məxsus 14 sığınacaq və mağara yararsız hala salındı, xeyli miqdarda silah-sursat ələ keçirildi.



Әlaqәli Xәbәrlәr