Binәli Yıldırım: ‘‘Son iki il әrzindә Afrindәn Türkiyәyә dәfәlәrlә hücum edilib’’

Türkiyәnin Baş naziri Binәli Yıldırım son iki ildә Suriyanın Afrin bölgәsindәn Türkiyәyә  dәfәlәrlә  hücum edildiyini deyib.

898428
Binәli Yıldırım: ‘‘Son iki il әrzindә Afrindәn Türkiyәyә dәfәlәrlә hücum edilib’’

İstanbulun Tuzla sәmtindә tәşkil olunan tәdbirlәrin birindә çıxış edәn Binәli Yıldırım: ‘‘Son iki il әrzindә Afrindәn Türkiyәyә dәfәlәrlә hücum edilib’’ deyib.

‘‘Zeytun Budağı’’ әmәliyyatının planlaşdırıldığı şәkildә davam etdirildiyini qeyd edәn Baş nazir bildirib ki: ‘‘Bu әmәliyyat  bir seçim deyil, mәcburiyyәtdir.’’

Baş nazir Binәli Yıldırım terror tәşkilatı PYD-nin bölgәdә yaşayan kürd gәnclәri cәbhәyә getmәyә mәcbur etdiyini dә vurğulayıb.



Әlaqәli Xәbәrlәr