Türkiyə Donald Trampın İsrail-Fələstin problemi ilə bağlı açıqlamalarına reaksiya göstərdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İsrail-Fələstin problemi və Qüdsün statusu mövzusundakı açıqlamalarına reaksiya göstərdi.

898075
Türkiyə Donald Trampın İsrail-Fələstin problemi ilə bağlı açıqlamalarına reaksiya göstərdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İsrail-Fələstin problemi və Qüdsün statusu mövzusundakı açıqlamalarına reaksiya göstərdi.

 Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Trumpın 25 yanvarda İsveçrənin Davos qəsəbəsində İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında İsrail-Fələstin problemi və Qüdsün statusu məsələsində tələffüz etdiyi ifadələri narahatlıqla qarşıladıqlarını bildirdi.

  Sözçü Aksoy yazılı açıqlamasında: " Bu ifadələr ABŞ prezidentinin və yaxınındakı şəxslərin bölgənin reallıqlarından və problemin dinamikasından nə qədər uzaq olduğunu göstərir" deyə bildirdi.

  Aksoy Qüdsün yekun statusunun mübahisəsiz olaraq, İsrail-Fələstin probleminin hərtərəfli, ədalətli və uzunmüddətli həlli istiqamətində sülh prosesinin  əsas faktorları arasında olduğunu vurğuladı.

  Aksoy açıqlamada beynəlxalq ictimaiyyətin həll prosesi ilə bağlı parametrlərinin ABŞ rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələri başda olmaqla, beynəlxalq hüquqa zidd və  beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən təktərəfli bir qərarı ilə dəyişdirilməsinin mümkün olmadığını qeyd etdi.

Sözçü ABŞ-ı BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq ictimaiyyətin iradəsinə hörmət göstərməyə dəvət etdi.

 



Әlaqәli Xәbәrlәr