Rəcəb Tayyib Ərdoğan Hataydakı ordu qərargahına baş çəkib

Dövlət Aparatının mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı “Zeytun budağı” əməliyyatını idarə edən Hatay şəhərindəki ordu qərargahında olub.

897288
Rəcəb Tayyib Ərdoğan Hataydakı ordu qərargahına baş çəkib

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ‘‘Zeytun Budağı’’ əməliyyatının 6-cı günündə Hataya səfər edib.

Dövlət Aparatının mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı “Zeytun budağı” əməliyyatını idarə edən Hatay şəhərindəki ordu qərargahında olub.

Qeyd edək ki, dövlət başçısına qərargahda terror təşkilatlarına qarşı aparılan əməliyyat barədə məlumat verilib.

Hataydakı qərargahda əsgərlərə müraciət edən dövlət başçısı milli təhlükəsizliyi təmin etmək üçün  Afrində keçirilən əməliyyatın bölgəni terrorçulardan təmizləməyi  qarşısına məqsəd qoyduğuna diqqəti çəkib

Rəcəb Tayyib Ərdoğanı səfəri çərçivəsində  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, baş nazirin müavini Bekir Bozdağ, müdafiə naziri Nurəddin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Güler və Hatay valisi Erdal Ata müşayiət edir . 



Әlaqәli Xәbәrlәr