"Etibarı qurması üçün ABŞ-dan konkret addım gözləyirik", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu: “Amerika Birləşmiş Ştatları ilə ciddi bir məsələni müzakirə etmək üçün ABŞ-ın əvvəlcə etibarlı olması lazımdır”, - deyib.

897202
"Etibarı qurması üçün ABŞ-dan konkret addım gözləyirik", M.Çavuşoğlu

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda Baş Nazirliyin İş Ofisində Avstriya Xarici İşlər Nazirliyinin Avropa üzrə naziri Karin Kneissl ilə birlikdə təşkil edilən mətbuat konfransında çıxış edib:

  “ABŞ Suriya sərhədində 30 kilometrlik neytral bölgə təklif edir. Amma Amerika Birləşmiş Ştatları ilə ciddi bir məsələni müzakirə etmək üçün ABŞ-ın əvvəlcə etibarlı olması lazımdır. Etibarı qurması üçün ABŞ-dan konkret addım gözləyirik.

  ABŞ terror təşkilatı PKK/PYD/YPG-yə Suriyada silah verdi. Münbiçin DAEŞ-dən təmizlənməsindən sonra bölgəni azad edəcəyinə dair verdiyi sözü tutmadı.

  ABŞ prezidenti Donald Trampın YPG-yə silah verməyəcəyi, hətta dünən axşam ölkə başçımız Rəcəb Tayyib Ərdoğana telefonda “artıq vermirik” deməsi və Fətullahçı Terror Təşkilatı başçısının ABŞ-da himayə edilməsi etimadımızı sarsıdıb.

  Ərdoğan və Trampın telefon danışığından sonra Ağ Evdən edilən açıqlamaya gəlincə, güman edirəm ki, o şərh söhbətdən əvvəl hazırlanıb. Buna görə həqiqətləri tam əks etdirmir. Onların müxtəlif bəhanələri var. Bunlar həqiqəti əks etdirmir".



Әlaqәli Xәbәrlәr