“Türkiyənin təhlükəsizliyini qoruma hüququ var”, R. Qotemoeller

NATO Baş katibinin müavini Ros Qotemoeller Türkiyənin təhlükəsizliyini qorumağa haqqı olduğunu söyləyib.

895700
“Türkiyənin təhlükəsizliyini qoruma hüququ var”, R. Qotemoeller

NATO Baş katibinin müavini Ros Qotemoeller Türkiyənin təhlükəsizliyini qorumağa haqqı olduğunu söyləyib.

Türkiyədəki səfəri zamanı Ankarada özəl televiziya kanallarından birinə açıqlama verən Qotemoeller bildirib ki, Türkiyə sərhədlərində terror hədəsilə ən sıx qarşı-qarşıya gələn ölkə və bu dəhşətli təhdidlə mübarizə aparır. Suriyadakı Kürd silahlı qruplaşmalardan narahat olmaq üçün qanuni səbəblər var.

Suriyadakı YPG/PKK-ya silah göndərilməsinə görə Türkiyə və ABŞ arasında yaşanan gərginliyi dəyərləndirən Qotemoeller “NATO böyük bir ailə və üzvlər arasında arabir ziddiyyətlər olur. Türkiyə NATO üçün çox önəmlidir və Alyansın ən qədim üzvlərindən biridir. Üzv ölkələr arasında mübahisələrin həllinə bir ailə kimi köməklik göstərə bilərik. NATO müzakirə masasında olacaq və Türkiyə bu məsələni gündəmə gətirə bilər” deyə bildirib.

Digər tərəfdən NATO-nun Baş katibi Yens Stoltenberqin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla davamlı əlaqə saxladığını qeyd edən Qotemoeller baş katibin Ərdoğanla keçirdiyi görüşlərdən məmnun olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr