İki lider Suriyadakı son vəziyyət və "Zeytun Budağı" əməliyyatı barədə fikir mübadiləsi apardı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə D.Tramp arasında baş tutan telefon söhbətində Suriyadakı son vəziyyət və "Zeytun Budağı" əməliyyatı barədə fikir mübadiləsi aparılıb.

896512

Telefon danışığı Trampın tələbilə olub.

Görüşdə Suriyadakı son vəziyyət və Türkiyənin Afrində terror təşkilatlarına qarşı başlatdığı "Zeytun Budağı" əməliyyatı ilə əlaqəli fikir mübadiləsi aparılması ilə yanaşı ikitərəfli mövzulara da toxunulub. 

Dövlət başçısı Ərdoğan Türkiyənin "Zeytun Budağı" əməliyyatını beynəlxalq hüquq əsasında və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51. maddəsinə əsaslanan qanuni müdafiə haqqı ilə BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə mövzusundakı qərarları çərçivəsində həyata keçirdiyini vurğulayıb. 

Ərdoğan Trumpa terrorla mübarizə çərçivəsində PYD/YPG-yə ABŞ-ın silah dəstəyinə son qoymasının vacibliyinə də bir daha diqqət çəkib.

Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyi üçün Afrini terror ünsürlərindən təmizləməyi hədəflədiyini ifadə edəb.

Telefon söhbətində terrorla mübarizədə ikitərəfli əməkdaşlığın əhəmiyyəti dilə gətirilib, ikitərəfli mövzularda Türkiyə-ABŞ arasındakı əməkdaşlığın və yaxın əlaqə saxlanılmasının davam etdirilməsi barədəki qətiyyət təsdiqlənib.

Әlaqәli Xәbәrlәr