Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bəyan edib.

894675
Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Türkiyə Silahlı Qüvvələrinin  Suriyanın Afrin bölgəsində dinc sakinlərin  hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

Bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bəyan edib.

Bekir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

“Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Bekir Bozdağ əməliyyatın uğurla aparıldığını vurğulayıb.

Bekir Bozdağ ‘‘Zeytun Budağı’’ əməliyyatının bölgədə son terrorçu məhv edilənədək davam etdiriləcəyini  deyib.



Әlaqәli Xәbәrlәr