Zeytun Budağı Hərəkatının ikinci gün əməliyyatları

Anadolu Agentliyinin məlumatına görə, Afrin bölgəsinə daxil olan Azad Suriya Ordusu qurudan geniş miqyaslı əməliyyata başlayıb. Türkiyə ordusu onlara dəstək verir.

893295
Zeytun Budağı Hərəkatının ikinci gün əməliyyatları

  Türkiyə Silahlı Qüvvələri Afrində Zeytun Budağı Hərəkatının ikinci gününün əməliyyatlarını yerinə yetirir.

  Anadolu Agentliyinin məlumatına görə, Afrin bölgəsinə daxil olan Azad Suriya Ordusu qurudan geniş miqyaslı əməliyyata başlayıb. Türkiyə ordusu onlara dəstək verir. Həmçinin sərhəddəki terror hədəfləri artilleriya atəşlərinə tutulur.

  Yanvarın 21-i səhər quru əməliyyatı başlayan kimi Kilis və Hatayda top səsləri eşidilib. Türkiyə Silahlı Qüvvələrinə bağlı birliklər də terror təşkilatı PYD/PKK-nın işğal etdiyi sahələrə top atəşi həyata keçirib.

  Zeytun Budağı Hərəkatı çərçivəsində müxtəlif birliklərdən Hataya bütün gecə boyu çox sayda desant, tank və zirehli personal maşınları gəlib. Reyhanlı, Kırıkhan və Hassa rayonlarına gedən hərbi vasitə və desantlar təhlükəsizlik tədbirləri altında sərhəd qoşunlarına sövq edilib.

  Baş Qərargahdan bildirilib ki, hərəkat çərçivəsində bu ana qədər PKK/PYD və DAEŞ terror təşkilatlarının olduğu 153 hədəf atəş tutulub. Zeytun Budağı Hərəkatı planlaşdırdığı şəkildə davam edir.

  Türkiyə döyüş təyyarələri səhər Hataydan Afrindəki terror hədəflərini vurub. Sərhəddəki Türkiyə quru qoşunları da PYD/PKK-nın işğal etdiyi sahələrə top atəşləri açıb.  

  Afrin təmizləndikdən sonra terrorçuların növbəti yuvası Münbicə hərəkət ediləcək.

Әlaqәli Xәbәrlәr