ABŞ Türkiyə qarşısındakı Tel Ebyad qapısına terrorçuları yerləşdirdi

Amerika Birləşmiş Ştatları ordusunun Suriya-Türkiyə sərhədindəki kəşfiyyatından sonra minə yaxın bölücü terror təşkilatı PYD/PKK üzvləri Tel Ebyad xəttinə yerləşdirilib.

892543
ABŞ Türkiyə qarşısındakı Tel Ebyad qapısına terrorçuları yerləşdirdi

   Anadolu Agentliyinin məlumatına görə, ABŞ ordusunun zirehli maşın və hərbi dəstələri keçən bu həftə terror təşkilatı PYD/PKK-nın SDG adından istifadə edərək işğalda saxlanılan Tel Ebyad rayonuna gəlib.

  İki gün ərzidndə 10 maşınla ərazidən keçən Amerika əsgərləri Suriya-Türkiyə sərhəd xəttində kəşfiyyat aparıb. Sonra ABŞ ordusu Türkiyənin sərhəd qapısı qarşısındakı Tel Ebyad qapısının şərq və qərbində terror təşkilatını regionda yerləşməsinə yardım edib, Aynularab rayonunun cənubunda yerləşən Eyn İsadan mindən çox PYD/PKK-lı Tel Ebyada gətirib.

  Tel Ebyadda Türkiyə sərhədinə baxan, aralarında Kanıytra, Tel Fender, Carıh, Slip və Xan kəndlərinin yerləşdiyi 10 yerdə müşahidə məntəqəsi yaradılıb. Müşahidə nöqtələrində 15-100 arası terrorçu var.



Әlaqәli Xәbәrlәr